03 Aprel 2025, 17:16
FUTBOL
“Qarabağ”ın 14 yaşadək futbolçulardan ibarət komandası beynəlxalq turnirdə iştirak edəcək. Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, “Qarabağ” “SV EPE U14 Youth Easter Cup” turnirində qüvvəsini sınayacaq.
Yarış aprelin 18-20-də Niderlandda keçiriləcək. Ağdam təmsilçisinin rəqibləri “Utrext”, “Qo Ehed İqls”, “Feyenoord”, “Alkmaar”, “Epe” (hamısı Niderland), “Nordsyalland” (Danimarka), “Aston Villa” (İngiltərə), “Genk” (Belçika), “Volfsburq”, “Hamburq” (hər ikisi Almaniya) klubları və Lüksemburq milli komandası olacaq.