İngiltərə təmsilçisi "Arsenal"ın müdafiəçisi Qabriel Maqalyayns zədə səbəbindən mövsümü erkən başa vurub.

Matc.az xəbər verir ki, bu barədə məlumatı klubun mətbuat xidməti paylaşıb.

27 yaşlı futbolçu Premyer Liqanın XXX turunda "Fulhem"lə keçirilən oyunda dizindən ciddi zədə alıb. Yaxın günlərdə əməliyyat olunacaq braziliyalı oyunçu yalnız gələn mövsüm "topçular"a kömək edə bilər.

Qeyd edək ki, Qabriel Maqalyayns cari mövsüm İngiltərə çempionatında 30 oyunun 28-də əsas heyətdə meydana çıxıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest