Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2025-ci ildə bütün turnirlərdə ən çox qol vuran futbolçuların adlarını açıqlayıb. Matc.az xəbər verir ki, siyahıya fransalı oyunçular başçılıq edir.
Bombardirlər reytinqinə Usman Dembele başçılıq edir. PSJ-nin forvardı bu il aktivinə 23 qol yazdırıb. Onu DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olan Fransa yığmasının digər qolçusu Kilian Mbappe izləyir. İlk “üçlüy”ü “Qalatasaray”ın nigeriyalı forvardı Viktor Osimhen qapayır
Qeyd edək ki, siyahıya ən az 10 qol vuran 50 futbolçu düşüb.
2025-ci ilin 10 bombardiri:
1. Usman Dembele (Fransa / PSJ) – 23 qol
2. Kilian Mbappe (Fransa / “Real”) – 19
3. Viktor Osimhen (Nigeriya / “Qalatasaray”) – 17
4. Yussef En-Nesiri (Mərakeş / “Fənərbaxça”) – 17
5. Dayzen Maeda (Yaponiya / “Seltik”) – 17
6. Robert Levandovski (Polşa / “Barselona”) – 16
7. Markos Leonardo (Braziliya / “Əl Hilal”) – 16
8. Harri Keyn (İngiltərə / “Bavariya”) – 15
9. Viktor Qyökereş (İsveç / “Sportinq”) – 15
10. Mohanad Ali (İraq / “Əl Şorta”) – 15