04 Aprel 2025, 10:02
FUTBOL
Doğma arenasında “Partizani”ni qəbul edən “Eqnatiya” 0:1 hesabı ilə məğlub olub. Qonaqlar qələbə topunu 85-ci dəqiqədə vurublar. Start heyətində meydana çıxan Zamiq Əliyev qarşılaşmanı əvəz edilmədən keçirib.
Azərbaycan millisinin futbolçusu Zamiq Əliyevin komandası “Eqnatiya” növbəti oyununu keçirib. Matc.az xəbər verir ki, adıçəkilən komanda Albaniya Kubokunun yarımfinalında ilk görüşünə çıxıb.
Doğma arenasında “Partizani”ni qəbul edən “Eqnatiya” 0:1 hesabı ilə məğlub olub. Qonaqlar qələbə topunu 85-ci dəqiqədə vurublar. Start heyətində meydana çıxan Zamiq Əliyev qarşılaşmanı əvəz edilmədən keçirib.
Qeyd edək ki, komandalar arasında cavab görüşü aprelin 23-də təşkil olunacaq.