"Litva ilk matçda Monteneqroya məğlub olub. Üç komandalı qrupda yer aldığımızdan, bugünkü oyunun önəmi çox böyükdür. Heyətimizdə bəzi itkilər olsa da, komandaya cəlb olunan futbolçuların bu boşluğu dolduracaqlarına inanıram".

“Litvaya qarşı çox önəmli oyuna çıxacağıq. Ardıcıl iki səfər matçı keçirəcəyik. Dörd gün sonra Monteneqro kollektivinin qonağı olacaq. Ancaq indi bütün diqqətimizi Litva ilə qarşılaşmaya yönəltmişik”.

Matc.az xəbər verir ki, bunu qadın futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov deyib.

Komandamız UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində bu gün Litvanın qonağı olacaq. Əsgərov matça hazır olduqlarını bildirib: “Litva ilk matçda Monteneqroya məğlub olub. Üç komandalı qrupda yer aldığımızdan, bugünkü oyunun önəmi çox böyükdür. Heyətimizdə bəzi itkilər olsa da, komandaya cəlb olunan futbolçuların bu boşluğu dolduracaqlarına inanıram. Düşərgədə ab-hava yüksəkdir, heyətdə yer alan oyunçuların heç birinin zədəsi yoxdur. Rəqibi təhlil etmişik, zəif və üstün cəhətlərini bilirik. Məşq proseslərini də buna uyğun qurmuşduq. Rəqibi səhv buraxmağa məcbur edə bilsək, istədiyimiz nəticəni qazanacağıq”.

Qeyd edək ki, Vilnüsdəki “Jalgiris” stadionunda keçiriləcək Litva - Azərbaycan oyunu saat 19:30-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest