04 Aprel 2025, 16:24
FUTBOL
Braziliya yığmasının baş məşqçisi postuna daha bir namizəd bəlli olub. Matc.az xəbər verir ki, Joze Mourinyo da “pentakampeonlar”ı çalışdıra bilər.
Braziliya Futbol Konfederasiyası istefaya göndərilən Dorival Juniorun yerinə dörd məşqçidən birini gətirmək istəyir ki, onların sırasında Mourinyo da var.
Danışıqlar aparılan digər mütəxəssislər isə Jorje Jesus (“Əl-Hilal”), Abel Ferreyra (“Palmeyras”) və Karlo Ançelottidi (“Real”).