Bu gün UEFA Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçirilib.

Matc.az xəbər verir ki, 1/4 finalın bütün görüşləri eyni gündə baş tutub.

"Latsio" səfərdə "Bodo-Qlimt"ə 2 cavabsız qolla uduzub. "Lion" "Mançester Yunayted" ilə 2:2 hesablı heç-heçə edib. "Reyncers" ­– "Atletik" oyununda hesab açılmayıb. "Tottenhem" isə doğma meydanda "Ayntraxt" ilə 1:1 hesablı bərabərliyə razılaşıb.

Qeyd edək ki, 1/4 finalın cavab oyunları 22 apreldə keçiriləcək.

UEFA Avropa Liqası
1/4 final, ilk oyunlar
10 aprel

"Bodo-Qlimt" (Norveç) – "Latsio" (İtaliya) - 2:0
Qollar: 
Saltnes, 47, 69

"Lion" (Fransa) – "Mançester Yunayted" (İngiltərə) - 2:2
Qollar:
Almada, 26, Çerki, 90+5 // Yoro, 45+5, Zirkze, 88

"Reyncers" (Şotlandiya) – "Atletik" (İspaniya) - 0:0

"Tottenhem" (İngiltərə) – "Ayntraxt" (Almaniya) - 1:1
Qollar:
Porro, 26 // Ekitike, 6

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest