"İndi olsaydı, heç düşünmədən "Betis"i seçərdim. Həmin qərarım böyük səhv idi. Sonradan başa düşdüm ki, pul hər zaman ən önəmli şey deyil"
"Fənərbaxça"nın sabiq hücumçusu Dani Quiza İspaniya mətbuatına müsahibə verib.
Matc.az xəbər verir ki, hazırda öləsinin "Rotena" klubunda çıxış edən ispan forvard keçmişdə etdiyi səhvlər haqda danışıb. 44 yaşlı futbolçu "Fənərbaxça"ya getməyini səhv qərar adlandırıb:
"Ən böyük səhvim "Betis"in təklifini rədd edib "Fənərbaxça"ya getmək idi. Ürəyimin səsinə və hissələrimə qulaq asmaq əvəzinə daha çox pul qazanmağı seçdim. İndi olsaydı, heç düşünmədən "Betis"i seçərdim. Həmin qərarım böyük səhv idi. Sonradan başa düşdüm ki, pul hər zaman ən önəmli şey deyil".
Qeyd edək ki, Dani Quiza 2008-2011-ci illərdə "Fənərbaxça"da çıxış edib. İspaniya millisinin sabiq üzvü İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 98 oyunda 35 qol vurub, 19 qol ötürməsi edib.