"Real"ın italiyalı baş məşqçisi Karlo Ançelotti Kilian Mbappenin İspaniya Kral Kuboku finalında "Barselona"ya qarşı oyunun başlamasına bir neçə saat qalmış meydana çıxıb-çıxmayacağı ilə bağlı qərar verəcək.
Matc.az xəbər verir ki, bu barədə məlumatı COPE paylaşıb.
Mbappe start heyətində yer alacaqsa, o zaman braziliyalı Rodriqo böyük ehtimalla ehtiyat oyunçular skamyasında qalacaq.
Qeyd edək ki, Mbappe Çempionlar Liqasının "Arsenal"la oyununda zədələnib və ölkə çempionatında "Real"ın son iki oyununu buraxıb.
Bu mövsüm Mbappe bütün turnirlərdə 50 matçda iştirak edib, 33 qol vurub və 5 məhsuldar ötürmə edib. Fransalı hücumçunun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında futbolçunun dəyəri 170 milyon avrodur.