27 Avqust 2025, 15:34
FUTBOL
"Leypziq"in müdafiəçisi Lukas Klostermann karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.
"Beşiktaş" Almaniya millisinin üzvünü transfer etmək istəyir. "Qara qartallar" 29 yaşlı mərkəz müdafiəçisi üçün Bundesliqa təmsilçisi ilə danışıqlara başlayıb.
Qeyd edək ki, Lukas Klostermann ötən mövsüm "Leypziq"in heyətində keçirdiyi 35 oyunda 1 qol vurub.