27 Avqust 2025, 16:31
FUTBOL
"Vulverhempton"un hücumçusu Fabio Silva karyerasını Almaniya Bundesliqasında davam etdirəcək.
Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
"Borussiya" portuqaliyalı futbolçunun transferini yekunlaşdırıb. Dortmund təmsilçisi 23 yaşlı forvard üçün İngiltərə klubuna 25 milyon avro təzminat ödəyəcək.
Qeyd edək ki, Fabio Silva ötən mövsüm icarə əsasında İspaniyanın "Las Palmas" klubunun formasını geyinib.