"İnter"in müdafiəçisi Tomas Palasios karyerasını Braziliyada davam etdirəcək.

Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

"Santos" argentinaalı futbolçunu icarəyə götürəcək. "Ağ-qaralar" 10 milyon avro ödəməklə 22 yaşlı mərkəz müdafiəçisinin transfer hüquqlarına yiyələnə bilər.

Qeyd edək ki, Tomas Palasios ötən mövsümün ikinci yarısında icarə əsasında "Montsa"nın formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest