27 Avqust 2025, 14:53
FUTBOL
"Milan"dan ayrılan Alessandro Florentsi karyerasını başa vurub.
Matc.az xəbər verir ki, italiyalı sağ cinah müdafiəçisi bu barədə özü açıqlama verib.
İtaliya millisinin sabiq üzvü 34 yaşında futbolla vidalaşıb.
Qeyd edək ki, Alessandro Florentsi karyerası ərzində "Roma", "Valensiya" və PSJ-də də çıxış edib. Təcrübəli oyunçu İtaliya millisi ilə Avropa çempionu olub.