27 Avqust 2025, 15:12
FUTBOL
"Yuventus"un futbolçusu Artur Melo ölkəsinə qayıdıb.
Matc.az xəbər verir ki, A Seriyası təmsilçisi braziliyalı yarımmüdafiəçini "Qremio"ya icarəyə verib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
29 yaşlı oyunçu 2026-cı ilin sonuna kimi "Qremio"da çıxış edəcək.
Qeyd edək ki, Artur Melo ötən mövsümün ikinci yarısında icarə əsasında "Jirona"nın formasını geyinib.