"Çelsi"nin "Mançester Siti"nin 33 yaşlı yarımmüdafiəçisi Kevin De Bruyne ilə maraqlanması ilə bağlı xəbərlərə baxmayaraq, çətin ki, bu transfer reallaşsın.

Matc.az xəbər verir ki, bu barədə "The Telegraph" məlumat yayıb.

Bildirilir ki, London klubu hesab edir ki, De Bruyne Koul Palmerlə eyni mövqedə çıxış etdiyi üçün onun komandanın çıxışına mənfi təsir göstərə bilər. Bundan əlavə, "Çelsi" 33 yaşlı yarımmüdafiəçinin performansında da azalma olduğunu qeyd edib.

Xatırladaq ki, aprelin əvvəlində De Bruyne mövsümün sonunda "Mançester Siti"ni tərk edəcəyini açıqlamışdı. Belçikalı 2012-2014-cü illərdə "Çelsi"nin futbolçusu olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest