27 May 2025, 09:58
FUTBOL
Almaniya Bundesliqasında pley-offun cavab oyunu keçirilib.
Matc.az xəbər verir ki, Bundesliqada 16-cı yeri tutumuş "Haydenhaym" səfərdə aşağı liqada 3-cü olmuş "Elvesberq"lə üz--üzə gəlib. Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.
İlk görüşdə 2:2 hesablı bərabərlik qeydə alınıb. İki oyunun nəticəsinə əsasən 4:3 hesablı üstünlük əlbə edən "Haydenhaym" Bundesliqada qalmağğı bacarıb.