27 May 2025, 10:42
FUTBOL
"Əl-Nəsr" Səudiyyə Ərəbistanı çempionatında mövsümü 3-cü pillədə başa vurub.
Matc.az xəbər verir ki, komandanın senqallı vingeri Sadio Mane azarkeşlərdən şikayətlənib. 33 yaşlı futbolçu fanatların onlara kifayət qədər dəstək olmadıqlarını bildirib:
"Əl-Nəsr" azarkeşləri bizə kifayət qədər dəstək olmadılar. Oyunçular hər şeyi təkbaşına edə bilməz. Hamı bu haqda düşünməlidir. Böyük klub olmaq üçün hər kəs üzərinə düşəni etməlidir".
Qeyd edək ki, Sadio Mane bu mövsüm "Əl-Nəsr"in heyətində keçirdiyi 47 oyunda 18 qol vurub, 14 qol ötürməsi edib.