"Beşiktaş" klubla müqaviləsi mövsümün sonunda başa çatan Artur Masuaku ilə bağlı qərar verib.

Matc.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Super Liqa nəhəngi konqolu müdafiəçini  komandada saxlamaq istəyir.

"Beşiktaş" rəhbərliyi Masuaku ilə danışıqlara başlayacaq. İstanbul təmsilçisi 31 yaşlı sol cinah müdafiəçisinə 1+1 illik müqavilə təklif edəcək.

Qeyd edək ki, Artur Masuaku 2022-ci ilin yayından "Beşiktaş"da çıxış  edir.  Təcrübəli futbolçu bu mövsüm "qara qartallar"ın heyətində keçirdiyi 49 oyunda 1 qol vurub, 9 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest