“Yaxşı mövsümü arxada buraxdıq. Biz gözlənilməzi etdik. Komanda yoldaşlarıma, məşqçilərə, azarkeşlərə təşəkkür edirəm. Bu komandanın kapitanı olmaq şərəf idi. Tezliklə görüşənədək”.
"Şamaxı" ilə müqaviləsi başa çatan Leroy Mikels gələcəyi ilə bağlı qərarını verib.
Matc.az xəbər verir ki, almaniyalı vinger bplgə təmsilçisindən ayrılıb. 29 yaşlı futbolçu bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib:
“Yaxşı mövsümü arxada buraxdıq. Biz gözlənilməzi etdik. Komanda yoldaşlarıma, məşqçilərə, azarkeşlərə təşəkkür edirəm. Bu komandanın kapitanı olmaq şərəf idi. Tezliklə görüşənədək”.
Qeyd edək ki, Leroy Mikels mövsümün əvvəlində "Şamaxı"ya qoşulmuşdu. Kapitan komandanın heyətində keçirdiyi 24 oyunda 5 qol vurub, 4 qol ötürməsi edib.