"Lion"un futbolçusu Rayan Çerki İngiltərə Premyer Liqasında çıxış edə bilər.

Matc.az "Telegraph" nəşrinə istinaddən xəbər verir ki, "Mançester Siti" fransalı vingeri transfer etmək istəyir. 

"Şəhərlilər" Çerki üçün "Lion"la danışıqlara başlayacaq. "Mançester Siti" 21 yaşlı oyunçu üçün 20-25 milyon avro civarında təklif hazırlayır.

Qeyd edək ki,  Rayan Çerki "Lion"un yetirməsidir. Fransa millisinin üzvü olan futbolçu başa çatan mövsümdə  Liqa 1 təmsilçisinin heyətində keçirdiyi 44 oyunda 12 qol vurub, 20 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest