“Araz-Naxçıvan”ın 2025-2026-cı illər mövsümü ilə bağlı hazırlıq planı dəqiqləşib.

Matc.az xəbər verir ki, “qırmızı-ağlar” iyunun 14-dən iyulun 2-dək Bakıda məşq edəcək. Hazırlığın ikinci mərhələsi Türkiyənin Ərzurum şəhərində reallaşdırılacaq.

Komanda iyulun 3-də qardaş ölkəyə yola düşəcək. Ayın 17-dək davam edəcək hazırlıq müddətində 4 yoxlama oyunu keçirmək planlaşdırılıb. Sparrinq-rəqiblər və tarixlər barədə əlavə məlumat veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest