PSJ-nin mərkəz müdafiəçisi Presnel Kimpembe "SK Qətər"in futbolçusu olub.

Matc.az xəbər verir ki, bu barədə Qətər klubunun mətbuat xidməti məlumat yayıb.

Söhbət tamhüquqlu transferdən gedir, lakin onun məbləği məlum deyil. 30 yaşlı fransalı "SK Qətər" ilə bir illik müqavilə imzalayıb - 2026-cı ilin yayına qədər. Müqavilə daha bir il uzadılması variantını nəzərdə tutur. O, yeni klubunda 6 nömrə altında çıxış edəcək.

Qeyd edək ki, Kimpembe PSJ akademiyasının məzunudur, 2015-ci ildə Fransa çempionlarının əsas komandasına düşüb. Ötən mövsüm müdafiəçi PSJ-nin heyətində bütün turnirlərdə cəmi 5 matçda iştirak edib, ümumilikdə 76 dəqiqə meydanda olub. Futbolçu ciddi zədə səbəbindən mövsümün əhəmiyyətli hissəsini buraxıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest