"Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo hazırda karyerasını davam etdirmək üçün iki variantı nəzərdən keçirir.

Matc.az xəbər verir ki, bu barədə "Footmercato" məlumat yayıb.

Bildirilir ki, ilk olaraq 40 yaşlı futbolçu "Əl-Nəsr"lə yayda başa çatacaq müqaviləsini uzada bilər. Səudiyyə klubu artıq Ronaldoya müqaviləsini uzatmaq təklifi edib.

İkincisi, portuqaliyalı hücumçu onun xidmətində maraqlı olan "Əl-Hilal"a keçmək variantını araşdırır. Klub Neymarın gedişindən sonra komandaya yeni ulduz futbolçunun gəlməsini istəyir. "Əl-Hilal"ın klublararası dünya çempionatında iştirakı da komandanın Ronaldonun transferində əlini gücləndirir.

Qeyd edək ki, daha əvvəl mediada Ronaldonun klubda olduğu müddətdə kubok qazanmaması səbəbindən "Əl-Nəsr"dən ayrılmağa yaxın olduğu barədə məlumatlar yayılmışdı.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest