"İnter"in baş məşqçisi Simone İnzaqi Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunu çalışdıra bilər.

Matc.az xəbər verir ki, bu barədə məlumatı sosial şəbəkə hesabında jurnalist Saşa Tavolieri paylaşıb.

Bildirilir ki, mütəxəssis karyerasında yeni səhifəyə başlamaq qərarına gəlib. Qeyd olunur ki, UEFA Çempionlar Liqasının finalında PSJ ilə matçın nəticəsi məşqçinin qərarına təsir etməyəcək. Hazırda mütəxəssisin yeni komandası ilə əməkdaşlığı razılaşdırılmayıb. Tərəflər müqavilənin detallarını müzakirə edirlər. İtaliyalı mütəxəssis Səudiyyə Ərəbistanı komandası ilə müqaviləyə əsasən ildə 25 milyon dollar alacaq.

"Əl-Hilal" bu sövdələşmənin baş tutacağına inanır, çünki İnzaqi ailəsi ilə Ər-Riyada və klubun yerləşdiyi məkanda olub, onları komandanın yarımmüdafiəçisi Sergey Milinkoviç-Saviç və ailəsi qarşılayıb.

Qeyd edək ki, 2024/2025 mövsümünün sonunda "İnter" A Seriyasının turnir cədvəlində ikinci yeri tutub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest