27 May 2025, 20:41
FUTBOL
Beynəlxalq Futbol Federasiyası (FİFA) "Lion"u 2000 avro borcuna görə 2026-cı ilin yayına qədər yeni futbolçuların qeydiyyatına alınması qadağan edilən klublar siyahısına əlavə edib.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "L’Équipe" paylaşıb.
Bildirilir ki, bu borc Fransa klubunun transfer haqqını ödəməməsi nəticəsində yaranıb. Klub qanunvericiliklə müəyyən edilmiş, borcluya ödənilməli olan məbləğin ödənilməsi üçün ayrılmış 45 gün keçdikdən sonra öhdəliklərini yerinə yetirməyib. Öz növbəsində, "Lion" da tələb olunan məbləği ödəməklə vəziyyəti həll etdiyini əmin edir.
Qeyd edək ki, Fransa çempionatında Paulo Fonsekanın komandası mövsümünün yekununda 57 xal toplayaraq altıncı yeri tutub.