Azərbaycan millisi 1/8 finalda son dünya çempionu Rumıniya ilə üz-üzə gəlib. Penaltilərdə daha dəqiq oynayan (3:1) komandamız növbəti mərhələyə adlayıb.

Azərbaycanın minifutbol millisi Bakıda keçirilən dünya çempionatında 1/4 finala adlayıb.

Matc.az xəbər verir ki, Elşad Quliyevin rəhbərlik etdiyi yığma 1/8 finalda son dünya çempionu Rumıniya ilə üz-üzə gəlib.

Qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb.

Qalibi müəyyənləşdirmək üçün penalti zərbələrinə ehtiyac duyulub. Burada daha dəqiq oynayan (3:1) komandamız növbəti mərhələyə adlayıb.

Qeyd edək ki, Azərbaycan 1/4 finalda İngiltərə ilə münasibətlərinə aydınlıq gətirəcək.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest