"Barselona" 17 yaşlı hücumçusu Lamin Yamal ilə yeni müqavilə imzalayıb.

Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Futbolçunun klubla əvvəlki müqaviləsi 2026-cı ilin yayına kimi qüvvədə idi. Yeni müqavilə isə 2031-ci ilə qədər nəzərdə tutulub.

Qeyd edək ki, Yamal "Barselona"nın yetirməsidir. 2024/2025 mövsümündə cinah oyunçusu bütün turnirlərdə 55 matçda iştirak edib, 18 qol vurub və 25 məhsuldar ötürmə edib. "Transfermarkt" portalında futbolçunun dəyəri 180 milyon avrodur.

Yamal "Barselona"da çıxış etdiyi müddətdə 2 dəfə İspaniya çempionu olub, həmçinin İspaniya Kubokunu və Super Kubokunu qazanıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest