Can Pyero Qasperini 9 il sonra "Atalanta"nı tərk edir.

Matc.az xəbər verir ki,  bu barədə "Relevo" nəşri məlumat yayıb.

İtalyan mütəxəssis ayrılıq istəyini klub rəhbərliyinə bildirib. 67 yaşlı məşqçinin "Roma"  ilə  danışıqlar apardığı bildirilir.

Qeyd edək ki, Can Pyero Qasperini 2016-cı ilin yayından "Atalanta"nı çalışdırır. Berqamo təmsilçisi başa çatan mövsümdə A Seriyasını 74 xalla 3-cü pillədə tamamlayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest