“Şamaxı” futbolçusu Alfons Msanqanı komandada saxlayıb.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

22 yaşlı tanzaniyalı yarımmüdafiəçi ilə müqavilə şərtlərinə görə tərəflər arasında razılaşma “Şamaxı”nın istəyinə əsasən 1 il müddətinə uzadılıb.

Qeyd edək ki, Msanqa bu ilin yanvarında "Şamaxı"ya keçib. O, bölgə klubu ilə 6 ay + 1 il şərtilə razılaşmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest