Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında 1/4 final mərhələsinin bütün cütlükləri müəyyənləşib.

Matc.az xəbər verir ki, bu gün Milli Gimnastika Arenasında baş tutan qarşılaşmalardan sonra daha 4 komanda 1/4 finala vəsiqə qazanıb.

Monteneqro Polşa üzərində qələbə qazanaraq növbəti mərhələyə adlayıb. Tailand isə Bosniya və Herseqovina ilə matçda hesabı açmasına baxmayaraq, sonradan 3 qol buraxaraq mübarizəni dayandırmalı olub. İsrail Çexiyaya böyük hesabla uduzub - 0:4. 1/8 final mərhələsinin son matçında Gürcüstan millisi Serbiyaya 2:3 hesabı ilə məğlub olub.

Dünya çempionatı
1/4 final

Macarıstan – Mavritaniya

Monteneqro – Çexiya

İngiltərə – Azərbaycan

Bosniya və Herseqovina – Serbiya

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest