29 May 2025, 01:32
FUTBOL
"Çelsi" Konfrans Liqasının finalında "Betis"i 4:1 hesabı ilə məğlub edib.
Matc.az xəbər verir ki, London klubu bu qələbə ilə unikal nailiyyətə imza atıb.
Belə ki, "Çelsi" tarixində Çempionlar Liqası, Avropa Liqası, UEFA Super Kubokunu qazanıb, indi də komanda Konfrans Liqasının kubokuna sahib olub.
Londonlular iki dəfə Çempionlar Liqasının (2012 və 2021-ci illərdə), iki dəfə Avropa Liqasının (2013 və 2019-cu illərdə), Konfrans Liqasının (2025-ci ildə), Kuboklar Kubokunun (1971 və 1998-ci illərdə), UEFA Super Kubokunun (1998-ci və 2021-ci illərdə) və klublar üzrə dünya çempionatının (2021-ci ildə) qalibi olub.