Fernando Muslera 14 il soonra "Qalatasaray"ı tərk edir.

Matc.az xəbər verir ki, uruqvaylı qolkiper bu gün təşkil etdiyi mətbuat konfransında qərarını açıqlayıb.

Muslera sabah Super Liqanın 38-ci turunun "Başakşehir"lə  matçında  sonuncu dəfə "Qalatasaray" forması geyinəcəyini bildirib.

Qeyd edək ki, "Qalatasaray" Fernando Musleranı 2011-ci ildə "Latsio"dan transfer edib. 38 yaşlı qapıçı bu müddət ərzində "sarı-qırmızılar"ın heyətində 550 oyunda meydana çıxıb. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest