"Sabah" yaxşı təşkilatlanmış komandadır. Onlar üçün Avropa Liqasına getmək və ilk titul qazanmaq baxımından vacib oyundur. Bizi çox yaxşı final matçı gözləyir. Titullarımızın sayını artırmaq istəyirik".

"Qarabağ" Azərbaycan Kubokunun finalında "Sabah"la qarşılaşacaq.

Matc.az xəbər verir ki, Ağdam təmsilçisinin müdafiəçisi Bəhlul Mustafazadə matçdan öncə keçirilən mətbuaat konfransında iştirak edib. 28 yaşlı futbolçunun fikirlərini diqqətinizə çatdırırıq:

"Sabah" yaxşı təşkilatlanmış komandadır. Onlar üçün Avropa Liqasına getmək və ilk titul qazanmaq baxımından vacib oyundur. Bizi çox yaxşı final matçı gözləyir. Titullarımızın sayını artırmaq istəyirik".

Qeyd edək ki, Azərbaycan Kubokunun final görüşü mayın 31-də, saat 19:00-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest