"İlk dəfə finalda oynayacağıq. Hər iki komanda üçün vacib matçdır. Titula sahib çıxmaq üçün əlimizdən gələni edəcəyik"
"Sabah" 31 may tarixində "Qarabağ"la Azərbaycan Kubokunun final oyununda üz-üzə gələcək.
Matc.az xəbər verir ki, Masazır təmsilçisinin kapitanı Pavol Safranko matçdan öncə keçirilən mətbuat konfransında iştirak edib. Slovakiyalı hücumçu kuboku qazanmaq üçün əllərindən gələni edəcəklərini bildirib:
"Bizi çox böyük oyun gözləyir. İlk dəfə finalda oynayacağıq. Hər iki komanda üçün vacib matçdır. Titula sahib çıxmaq üçün əlimizdən gələni edəcəyik. Bunun üçün söz verirəm. Hamı oyundan həzz alacaq. Hər titul önəmlidir. Azərbaycan Kubokunu qazandığım digər titullardan üstün tutmuram".
Qeyd edək ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək "Qarabağ" - "Sabah" qarşılaşması saat 19:00-da start götürəcək.