Türkiyənin "Başakşehir" klubu baş məşqçi Çağdaş Atanla yola davam edəcək.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Başakşehir" türk mütəxəssisin sözləşməsinin müddətini uzadıb. 45 yaşlı çalışdırıcı 2027-ci ilin yayına kimi İstanbul təmsilçisinə rəhbərlik edəcək.

Qeyd edək ki, Çağdaş Atan 2023-cü ilin sentyabr ayında  "Başakşehir"in baş məşqçisi təyin olunub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest