"İpsviç Taun"un hücumçusu Lian Delapın yeni klubu müüəyyənləşmək üzrədir.

Matc.az "The Athletic" nəşrinə  istinadən xəbər verir ki, İngiltərə millisinin üzvü "Çelsi"yə qoşulmağa hazırlaşır.

Delap London klubu ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb. "Çelsi" onun üçün klubuna sərbəstqalma məbləğini ödəməyə razılaşıb.

22 yaşlı forvard "Çelsi"ni seçdikdən sonra "Mançester  Yunayted", "Nyukasl", "Everton" və "Nottingem Forest" transfer yarışından çəkiliblər.

Qeyd edək ki, Liam Delap başa çatan mövsümdə "İpsviç Taun"un heyətində keçirdiyi 40 oyunda 12 qol vurub,  2 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest