29 May 2025, 21:20
FUTBOL
2024/2025 mövsümünün sonunda İngiltərə Premyer Liqasından aşağı liqaya düşən komandanın bombardiri olmuş "İpsviç"in hücumçusu Liam Delap "Çelsi"nin futbolçusu olacaq.
Matc.az xəbər verir ki, bu barədə məlumatı insayder Fabrisio Romano sosial şəbəkə hesabında paylaşıb.
Bildirilir ki, 22 yaşlı forvardla yaxın saatlarda müqavilə imzalanacaq.
Daha əvvəl bildirilmişdi ki, "Çelsi" Delapın transferini 2025-ci il klublararası dünya çempionatı başlamazdan əvvəl başa çatdırmağı planlaşdırır. Mətbuatda yayılan xəbərlərə görə, o, agentlərinin öncədən xəbərdarlıq etdiyi "Mançester Yunayted"ə keçməkdən imtina edib.
Qeyd edək ki, ötən mövsüm 22 yaşlı ingilis Premyer Liqada 37 matçda 12 qol vurub və 2 məhsuldar ötürmə edib.