Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında yarımfinal mərhələsinə vəsiqə qazanan bütün komandalar müəyyənləşib.

Matc.az xəbər verir ki, bu, Milli Gimnastika Arenasında baş tutan 1/4 final mərhələsinin qarşılaşmalarından sonra bəlli olub.

Macarıstan Mavritaniyanı, Monteneqro Çexiyanı 1:0 hesabı ilə məğlub edib. Azərbaycan İngiltərədən (2:1), Serbiya isə Bosniya və Herseqovinadan (5:0) üstün olub.

Dünya çempionatı
Yarımfinal

Azərbaycan ­– Monteneqro

Macarıstan – Serbiya

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest