Səudiyyə Ərəbistanı "Əl-Nəsr"in 40 yaşlı hücumçusu Kriştiano Ronaldonun müqaviləsi iyunun 30-da başa çatdıqdan sonra yerli çempionatı tərk etməsini istəmir.

Matc.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.

Bildirilir ki, Səudiyyə Ərəbistanının Suveren Sərvət Fondu (PIF) Ronaldonu gələn mövsüm yerli liqada qalmağa razı salmaq üçün israrla danışıqlar aparır.

Daha əvvəl mətbuatda portuqaliyalı futbolçunun iyunun 15-də başlayacaq klublararası dünya çempionatında iştirak etmək üçün yayda "Əl-Hilal"a icarəyə verilə biləcəyi barədə məlumat yayılmışdı. Ronaldo "Əl-Hilal"a keçməyə razılıq verərsə, Səudiyyə klubu onu iyunun 1-dən 10-a kimi qüvvədə olan xüsusi "transfer pəncərəsi"ndə imzalayacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest