"Mançester Yunayted" icarə əsasında "Qalatasaray"da çıxış edən Viktor Osimheni transfer etmək istəyir.

Matc.az xəbər  verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.

İngiltərə klubu nigeriyalı hücumçunun müqavilə ilə məxsus olduğu "Napoli" ilə danışıqlara başlayıb. "Mançester Yunayted" qarşı tərəfə 40 milyon avro və Rasmus Hoylunu təklif edib. Neapol təmsilçisi bu təklifə isti yanaşır.

Qeyd edək ki, Viktor Osimhen bu mövsüm "Qalatasaray"ın heyətində keçirdiyi 40 oyunda 36 qol vurub, 8 qol ötürməsi  edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest