30 May 2025, 18:10
FUTBOL
"Fiorentina" rəhbərliyi komandanın baş məşqçisi Raffaele Palladino ilə yollarını ayırdıqlarını açıqlayıb.
Matc.az xəbər verir ki, tərəflər qarşılıqlı razılaşma əsasında əməkdaşlığı dayandırmaq qərarına gəliblər.
Palladino ilə birlikdə klubun bütün məşqçilər korpusu da komandadan ayrılıb.
Qeyd edək ki, Palladino 2024-cü ilin iyununda "Fiorentina"nın baş məşqçisi olub. Onun rəhbərliyi altında komanda A Seriyasında altıncı yeri tutub və Konfrans Liqasında yarımfinala qədər irəliləyə bilib.