İtaliyalı mütəxəssis Can Pyero Qasperini "Yuventus"un baş məşqçi postuna əsas namizəddir.

Matc.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.

Bildirilir ki, hazırda "Roma" "Atalanta"nın hazırkı çalışdırıcısı ilə danışıqlarda daha çox irəliləyiş əldə edib. Bununla belə, Qasperininin seçimi "Yuventus"un xeyrinə ola bilər, çünki o, bir neçə il "Qoca sinyora"nın gənclər strukturunda çalışıb və onun böyüklər komandasına rəhbərlik etmək istəyi var.

Qeyd edək ki, 67 yaşlı mütəxəssisin müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədə olsa da, ayrılacağı ilə bağlı artıq "Atalanta" rəhbərliyini xəbərdar edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest