30 May 2025, 20:45
FUTBOL
"Liverpul" Leverkuzen "Bayer"inin müdafiəçi Ceremi Frimponqla müqavilə imzaladığını açıqlayıb.
Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat paylaşıb.
Niderlandlı futbolçunun İngiltərə klubu ilə uzunmüddətli müqavilə bağlıdığı vurğulanır.
Daha əvvəl mətbuatda İngiltərə klubunun 24 yaşlı futbolçu üçün 40 milyon avro ödəyəcəyi yazılmışdı. Onun "Liverpul"la müqaviləsinin 2030-cu ilə qədər olacağı bildirilir.
Qeyd edək ki, Frimponq 2021-ci ilin yanvarından "Bayer"də çıxış edir. Bu müddət ərzində o, bütün turnirlərdə 190 matçda iştirak edib, 30 qol vurub və 44 məhsuldar ötürmə edib. Almaniya klubunun heyətində müdafiəçi çempionluq yaşayıb, ölkə kuboku və Almaniya Superkubokunun qalibi olub.