Azərbaycan minifutbol millisi Monteneqronu 2:1 hesablı ilə məğlub edərək finala yüksəlib.

Azərbaycan minifutbol millisi Bakıda keçirilən dünya çempionatında finala yüksəlib.

Matc.az xəbər verir ki, Elşad Quliyevin rəhbərlik etdiyi kollektiv yarımfinalda Monteneqro ilə üz-üzə gəlib.

Qarşılaşma yığmamızın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Millinin heyətində Ağaseyid Qasımov (23) və Ramiz Çovdarov (44) fərqləniblər.

Qeyd edək ki, Azərbaycan həlledici mərhələdə Macarıstan - Serbiya cütünün qalibi ilə qarşılaşacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest