Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında növbəti finalçı müəyyənləşib.

Matc.az xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən mundialın ikinci yarımfinal qarşılaşmasında Macarıstan və Serbiya seçmələri üz-üzə gəliblər.

Oyunun əsas vaxtında hesab açılmayıb və qalibi müəyyənləşdirmək üçün penalti zərbələri yerinə yetirilib. Burada daha dəqiq oynayan (3:1) Macarıstan kollektivi həlledici mərhələdə Azərbaycanla qarşılaşmaq hüququ qazanıb.

Qeyd edək ki, final matçı iyunun 1-də baş tutacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest