31 May 2025, 10:18
FUTBOL
"Mançester Yunayted"in futbolçuları mövsüm başa çatdıqdan sonra keçirəcəkləri Asiya turundan narazıdırlar.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "The Times" klubdakı mənbələrə istinadən paylaşıb.
Bildirilir ki, "qırmızı şeytanlar"ın oyunçuları bu turun səbəblərini başa düşürlər, çünki bu, kluba 8 milyon funt-sterlinq (9,5 milyon avro) qazandıracaq. Bununla belə, oyunçular tətildə ola və ailələri ilə vaxt keçirə biləcəklərini də başa düşürlər.
Qeyd edək ki, "Mançester Yunayted" İngiltərə Premyer Liqasını 42 xalla 15-ci yerdə başa vurub.