31 May 2025, 11:52
FUTBOL
"Əl-Nəsr" Kriştiano Ronaldonu klubda qalmağa razı salmaq üçün "Liverpul"un hücumçusu Luis Diaz və "Feyenoord"un müdafiəçisi David Qanzko ilə müqavilə imzalamaq istəyir.
Matc.az xəbər verir ki, bu barədə məlumatı insayder jurnalist Fabritsio Romano paylaşıb.
Səudiyyə klubu müqaviləsi yayında bitəcək 40 yaşlı futbolçunun gedişinin qarşısını almaq üçün hər cür səy göstərməyə hazır olduğu vurğulanır.
Qeyd edək ki, bundan əvvəl mətbuatda Ronaldonun iyunun 15-də başlayacaq klublararası dünya çempionatında iştirak etmək üçün yayda Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubuna icarəyə verilə biləcəyi ilə bağlı məlumatlar yayılmışdı.