Türkiyənin 21 yaşadək futbolçulardan ibarət milli komandasının yeni baş məşqçisi müəyyənləşib.

Matc.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə Futbol Federasiyasının rəsmi saytı paylaşıb.

Bildirilir ki, bu vəzifəyə Egemen Korkmaz təyin olunub. 42 yaşlı mütəxəssislə imzalanan müqavilənin detalları açıqlanmayıb. O, millidən ayrılan Gökhan Gönülü əvəzləyib.

Yeni baş məşqçi "Denizlispor", "Erzurumspor" və "Trabzonspor"da köməkçi məşqçi kimi çalışıb.

Qeyd edək ki, Egemen Korkmaz futbolçu kimi 2011-2012-ci ildə Türkiyə yığması ilə 9 oyunda iştirak edib. O, "Fənərbaxça" ilə 2013/2014 mövsümündə Türkiyə Superliqasını qazanıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest