31 May 2025, 14:51
FUTBOL
"Bayer" "Mançester Yunayted"in yarımmüdafiəçisi Antonini transfer etmək istəyir.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "Kicker" paylaşıb.
Bildirilir ki, İngiltərə klubunun rəhbərliyi yaxın günlərdə braziliyalı ilə danışıqlara başlayacaq. O, Mançesterə qayıdandan sonra gələcəyinə qərar veriləcək.
Antoni bu ilin yanvarından icarə əsasında "Betis"də çıxış edib.
Qeyd edək ki, 2024/25 mövsümündə Antoni bütün yarışlarda 40 oyun keçirib, 10 qol vurub və 5 məhsuldar ötürmə edib.