"Liverpul"un cinah oyunçusu Məhəmməd Salah bu mövqedə dünyanın ən güclü 60 liqasında son mövsümdə komandasının oyununa ən çox təsir edən oyunçudur.
Beynəlxalq İdman Araşdırmaları Mərkəzinin (CIES) məlumatına görə, "Liverpul"un cinah oyunçusu Məhəmməd Salah bu mövqedə dünyanın ən güclü 60 liqasında son mövsümdə komandasının oyununa ən çox təsir edən oyunçudur.
Matc.az xəbər verir ki, CİES futbolçuları hava oyunu, yerdən müdafiə, topun paylanması, driblinq, qol şansının yaradılması və hücumun yekunlaşdırılması kimi parametləri əsas götürüb.
Misirli futbolçunun indeks dəyəri bu göstəricilərə görə 100 olub.
Son mövsümdə komandalarının oyununa ən çox təsir edən 10 ən yaxşı cinah oyunçusu:
1. Məhəmməd Salah ("Liverpul") - 100.
2. Lamin Yamal ("Barselona") - 99,6.
3. Maykl Olişe ("Bavariya") - 98,1.
4. Rafinya ("Barselona") - 93,2.
5. Luis Diaz ("Liverpul") - 91,4.
6. Morqan Rocers (Aston Villa) - 91,3.
7. Brayan Mbemo ("Brentford") - 90,8.
8. Bredli Barkola (PSJ) – 90,5.
9. Usman Dembele (PSJ) – 88,8.
10. Vinisius Junior ("Real", Madrid) – 88,2.